AZAL səfərdə “Xəzər Lənkəran”a tək qolla qalib gəlib

AZAL səfərdə “Xəzər Lənkəran”a tək qolla qalib gəlib

Bu gün futbol üzrə Topaz Premyer Liqasında XXIV tura start verilib. Turun açılış oyununda "Xəzər-Lənkəran" AZAL komandasını qəbul edib. Lənkəran təmsilçisi Azərbaycan kuboku yarışlarında uğurlu çıxışını çempionatda davam etdirə bilməyib. Ardıcıl 11 ev oyununda rəqibinə qol vuran "Xəzər-Lənkəran" bu dəfə meydanı qolsuz tərk edib. Əvəzində son doqquz görüşdə Lənkəranda meydan sahibinə qalib gələ bilməyən qonaq komanda bu matçda qələbəyə sevinib. Qarşılaşmada yeganə qol 36-cı dəqiqədə vurulub. AZAL-ın heyətində Aleksandr Quruli 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 0:1.

Beləliklə, səfərdən üç xalla qayıdan Tərlan Əhmədovun yetirmələri xal ehtiyatını 32-yə çatdırib və altıncı pillədə qərarlaşıb. Hesabında 14 xal olan "Xəzər-Lənkəran"ın isə doqquzuncu pillədəki mövqeyi dəyişməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə