Nazir idmançıları təbrik etdi

Nazir idmançıları təbrik etdi

"Azərbaycan idman ölkəsidir və idman sahəsində nailiyyətlərimiz gündən-günə artır". SİA-nın xəbərinə görə, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə bildirib.

Nazir bu il və qarşıdakı növbəti illərdə Azərbaycanı beynəlxalq səviyyəli çoxlu tədbirlər gözlədiyini deyib: "Bu tədbirlər bütün idmansevərlər üçün bayrama çevriləcək".

A. Rəhimov 5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı bütün idmançıları təbrik edib: "Bu gün Ulu Öndər Heydər Əliyevin 4 mart 1995-ci il tarixli sərəncamı ilə keçirilir. Azərbaycanda bütün idmançılar bu günü qeyd edirlər. Bu günlə əlaqədar Milli Parkda və müxtəlif idman komplekslərində tədbirlər keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə