AGF ardıcıl iki il fərqlənən federasiyalar siyahısında

AGF ardıcıl iki il fərqlənən federasiyalar siyahısında

Azərbaycan Gimnastika Federasiyası (AGF) ardıcıl ikinci il fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. SİA-nın məlumatına görə, ötən il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin Lozannadakı (İsveçrə) baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10-cu mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə