Futbol üzrə Türkiyə Kubokunda 1/4 finalın cavab oyunları keçirilib. SİA-nın məlumatına görə, "Qalatasaray" evdə "Akhisar"ı qəbul edib. Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən heç-heçə ilə ayrılıb - 1:1. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn "Qalatasaray" növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/4 finalın növbəti oyunları bu axşam keçiriləcək.
2 mart
Türkiyə Kuboku
1/4 finalın cavab oyunu
"Qalatasaray" - "Akhisar" 1:1
Qollar: Duqlas, 10-avtoqol (1:0), Rodalleqa, 47 (1:1)
İlk oyun - 2:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB