"Qarabağ" və "Qəbələ" qalib gəldi

"Qarabağ" və "Qəbələ" qalib gəldi

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir. SİA-nın məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.

Azarkeşlər birinci hissədə darıxmayıblar. Belə ki, 19 dəqiqə ərzində meydan sahibləri iki dəfə fərqləniblər. Sonra qonaqlardan cavab qolları gəlib - 2:2.

Lakin ikinci hissədə cəmi bir qol qeydə alınıb. 52-ci dəqiqədə İbrahim Qədirzadənin qolu "Xəzər Lənkəran"a qələbə qazandırıb - 3:2.

"Qarabağ" isə "Sumqayıt"ı sınağa çəkib.

Oyunda ilk qol Ağdam təmsilçisindən gəlib - 52-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirib. 86-cı dəqiqədə Mahir Mədətov yekun hesabı müəyyənləşdirib - 2:0.

"Zirə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.

Oyunda qəbələlilər özlərini qonaq kimi aparmayıblar. Belə ki, 75-ci dəqiqədə Aleksey Qay hesabı açıb. 2 dəqiqə sonra Nelson Bonilla hesaba tarazlıq gətirsə də, Dodo əsas vaxtın sonuna 7 dəqiqə qalmış "Qəbələ"nin qələbə qolunu vurub - 1:2.

Bu mərhələnin sonuncu oyunu da Bakıda keçirilir. "Rəvan" "İnter"lə qarşılaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə