"Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin ilk biletləri ABŞ-dan alınıb. Biletlər ABŞ vaxtı ilə gecə saat 3-da sifariş edilib". SİA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.
O qeyd edib ki, bu ilin iyun ayının 17 - 19-da baş tutacaq Avropa Qran Prisinə xarici ölkələrdən yüksək maraq göstərilir: "İndiyədək satılan biletlərin 65 faizi xarici ölkələrdən sifariş olunub. Ən çox bileti Rusiya və İngiltərədən alıblar. Onların ən yaxın izləyiciləri Hollandiya, Almaniya və Ukraynadır. "Formula-1" futbol üzrə dünya çempionatından sonra ən çox izlənilən yarışdır. Qran Pri yarışlarına 425 milyon insan tamaşa edir. Bakıya 10 min turistin gəlişi gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB