Avropa Qran Prisinin yeni rəsmi səfiri: Fernando Alonso

Avropa Qran Prisinin yeni rəsmi səfiri: Fernando Alonso

Məşhur "Formula-1" pilotu, ikiqat dünya çempionu Fernando Alonso ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında müqavilə imzalanacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Şirkət rəsmisinin sözlərinə görə, 34 yaşlı ispaniyalı pilotla onun Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin rəsmi səfiri olması haqqında razılığa gəlinib. Bildirib ki, sözügedən məsələ ilə bağlı yaxın saatlarda mediaya geniş məlumat veriləcək.

Xatırladaq ki, F.Alonsodan başqa, "Formula-1" üzrə Avropa Qran Prisinin rəsmi səfirləri Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə