Çinin Huaian şəhərində Ümümdünya İntellektual Oyunları proqramında keçirilən şahmatın blits növü üzrə yarışlar başa çatıb. SİA-nın məlumatına görə, bu yarışın qalibi Azərbaycan şahmatçısı olub. Həmyerlimiz, beynəlxalq qrossmeyster Rauf Məmmədov aktivinə 19.5 xal yazaraq qızıl medala layiq görülüb. İkinci yerə 18.2 xalla Rusiya şahmatçısı Yevgeni Tomaşevski, 3-cü yerə isə 18 xalla hindistanlı Pentala Harikrişna çıxıb.
Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 14.5 xalla 9-cu yerin sahibi olub.
Qeyd edək ki, bu, intellektual oyunlarda ikinci qızıl medalımızdır. İlk qızıl medalı sürətli şahmat üzrə qalib olan Şəhriyar Məmmədyarov qazanıb.
Martın 2-də isə şahmatın bask növü üzrə yarışlar start götürəcək.
Yarışda Şəhriyar Məmmədyarov və Rauf Məmmədovla yanaşı, dünyanın 14 güclü şahmatçıları - Y.Tomaşevski (Rusiya), Din Lijen, Li Çao, Van Xao, Van Yue (Çin), V.İvancuk, R.Ponomariev (Ukrayna), P.Xarikrişna (Hindistan), Q.Sarqissyan, S.Movsesyan (Ermənistan), L.Dominges (Kuba), L.Fressine (Fransa), D.Navara (Çexiya), R.Voytajek (Polşa) iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB