AZAL klubu ardıcıl 6 ev oyununda qol buraxmır. SİA-nın məlumatına görə, 2015-ci il noyabrın 7-də "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə imza atan paytaxt klubu öz meydanında son qolu Gəncə təmsilçisindən buraxıb. Jülien Ebahın 82-ci dəqiqədə vurduğu qoldan sonra 6 komanda "AZAL Arena"nı qolsuz tərk edib. "Sumqayıt"ı 2, "Xəzər Lənkəran", "Zirə" və "Qarabağ"ı 1 qolla məğlub edən Tərlan Əhmədovun yetirmələri "İnter"lə heç-heçədən sonra "Rəvan"a da qalib gəlib - 1:0. Bununla da evdəki quru seriyasını 6 oyuna və ya 548 dəqiqəyə çatdıran AZAL klub tarixinin rekordunun bir addımlığınadək irəliləyib. Belə ki, paytaxt təmsilçisi 2007/08 mövsümünün ikinci yarısında öz meydanında keçirdiyi 7 matçda qol buraxmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB