Cüdoçularımız Avropa kubokunda iki medal qazanıblar

Cüdoçularımız Avropa kubokunda iki medal qazanıblar

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağı bacarıblar.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev yarımfinala gedən yolda hollandiyalı Riko Harder, finlandiyalı Samuli Vitanen və litvalı Karolis Bauzanı məğlub edib. O, yarımfinalda polşalı cüdoçu Patrik Çexomski üzərində təmiz qələbə qazanaraq finala çıxıb. İdmançımız həlledici görüşdə İspaniya təmsilçisi David Ruisi məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb.

+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri yarışa Qazaxıstan təmsilçisi Dauren Nuralinov üzərində təmiz qələbə qazanaraq başlayıb. O, 1/4 finalda monqolustanlı Temulen Battulqaya uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçu ilk qarşılaşmasında fransalı Həmzə Ouçaniyə qalib gəlib. U.Kokauri ikinci görüşündə Ukrayna cüdoçusu Andri Kolesnikə də qalib gələrək mötəbər turnirin bürünc medalını qazanıb.

Digər cüdoçularımız Ziya Namazov (81 kq) və Ramin Qurbanov (90 kq) mübarizəni erkən dayandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə