Zidan gedirmi?

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan La Liqanın son turunda "Atletiko" ilə qarşılaşmadan sonra fikirlərini bildirib. Fransalı mütəxəssis məğlubiyyətə baxmayaraq komandasından razı qaldığını deyib: "Mən futbolçularımıza çox inanıram. Əminəm ki, onlar da mənə dəstək olacaqlar".

Komandada islahatların aparılacağını bildirən Zidan hətta baş məşqçi dəyikliyi ola biləcəyini də qeyd edib: "Gələn mövsüm böyük dəyişikliklər olacaq. "Real"da başqa baş məşqçi də görə bilərsiniz".

Xatırladaq ki, Zidanın Madrid klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə