Fevralın 29-dan martın 11-dək Moskvanın "Kosmos" mehmanxanasında Azərbaycan şahmatçılarının da iştirak edəcəyi ənənəvi beynəlxalq festival keçiriləcək. SİA-nın məlumatına görə, "Aeroflot-open"-2016 festivalı çərçivəsində, əvvəllər olduğu kimi, klassik şahmat üzrə yarışlar üç qrupda aparılacaq. Əsas turnirin qalibi bu ilin iyun-iyul aylarında Dortmundda keçiriləcək superturnirdə iştirak etmək hüququ qazanacaq. Turnirdə Azərbaycanı Eltac Səfərli və Aydan Höcətova təmsil edəcəklər.
Martın 10-da "Aeroflot" Kuboku uğrunda blits-turnir keçiriləcək.
Qeyd edək ki, yarışların ümumi mükafat fondu 140 min avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB