Şahmatçılarımız ümümdünya intellektual oyunlarında mübarizə aparacaqlar
Bu gün Çinin Huaian şəhərində şahmat üzrə ümümdünya intellektual oyunları start götürəcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünyanın 16 güclü şahmatçısının (Y.Tomaşevski (Rusiya), Din Lijen, Li Çao, Van Xao, Van Yue ( Çin), V.İvancuk, R. Ponomarev ( Ukrayna), P.Xarikrişna (Hindistan), Q.Sarqissyan, S.Movsesyan (Ermənistan), L.Dominges (Kuba), L.Fressine (Fransa), D.Navara (Çexiya),R.Voytajek (Polşa) iştirak etdiyi yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edəcək.
Martın 3-dək davam edəcək yarışda fevralın 26-27-də sürətli şahmat üzrə (İsveçrə sistemi, 7 tur) turnir, fevralın 28-dən martın 1-dək blits turnir keçiriləcək (2 dairədə) və nəhayət, martın 2-3-də (İsveçrə sistemi, 5 tur) idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB