Millimiz sonunda Rusiyaya qalib gəldi

Millimiz sonunda Rusiyaya qalib gəldi

Bu gün Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. SİA AFFA-ya istinadən xəbər verir ki, oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qarşılaşma 1:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb. Oyunda yeganə qolu 80-ci dəqiqədə Metin Gülər vurub.

Qeyd edək ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş oyun Rusiya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə