Eyni rəqiblə ikinci qarşılaşma

Eyni rəqiblə ikinci qarşılaşma

Bu gün Bayıl stadionunda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığmaları arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, saat 11:00-da başlayacaq qarşılaşmanı Yuliya Qurbanova, Maya Nəbiyeva, Ülviyyə Mustafayeva, Sədaqət Vəliyevadan ibarət hakimlər briqadası idarə edəcək. Oyun "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş yoldaşlıq oyunu 3:0 hesabı ilə Macarıstan yığmasının xeyrinə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə