"Mançester Siti" səfərdə "Dinamo"ya qalib gəlib

"Mançester Siti" səfərdə "Dinamo"ya qalib gəlib

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, dünən daha iki qarşılaşma baş tutub. "Mançester Siti" səfərdə Kiyev "Dinamo"suna qalib gəlib - 3:1. PSV (Eyndhoven) - "Atletiko" (Madrid) matçında isə qapılara qol vurulmayıb.

24 fevral

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

"Dinamo" (Kiyev, Ukrayna) – "Mançester Siti" (İngiltərə) 1:3
Qol: Serxio Aquero, 15 (0:1), David Silva, 40 (0:2), Buryalsky, 59 (1:2), Yaya Ture, 90 (1:3)
Hakimlər: Antonio Metyu Lahoz, Po Sebrian Deyvis, Robert del Palomar

PSV (Hollandiya) – "Atletiko" (İspaniya) 0:0
Qırmızı vərəqə: Pereyro, 68 (PSV)
Hakimlər: Daniele Orsato, Lorenzo Manyelli, Rikkardo Di Fiore, Elenito Di Liberatore

Bütün xəbərlər Facebook səhifəmizdə