Milli Gimnastika Arenası möhtəşəmliyi ilə məni heyran etdi. Bu arena yüksək səviyyəli yarışların təşkil olunması üçün ideal məkandır. Bu sözləri Dünya Kuboku yarışlarının gümüş medalçısı, Sloveniyadan olan gimnast Rok Klavora deyib.
Atlet deyib: "İlin ilk yarışında medal qazandığım üçün xoşbəxtəm. Bu, mənim üçün digər yarışlarda güclü stimul olacaq. Olimpiya ilinə uğurla başladım".
Paytaxtımızda ilk dəfə səfər etdiyini çatdıran R.Klavora bildirib: "Tarixdə ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarında iştirak edə bilmədim. "Bakı-2015" yüksək səviyyədə təşkil olundu. Azərbaycana yenidən qayıdacağım günü səbirsizliklə gözləyəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB