Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya "Challenge" Kuboku yarışlarının final mərhələsinə start verilib. SIA-nın xəbərinə görə, Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.
Final mərhələsi kişilərin sərbəst hərəkətlər yarışları ilə başlayıb. Kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk medallar uğrunda gücünü sınayır.
Yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB