“Ferrari” pilotlarının dəbilqəsini təqdim etdi

“Ferrari” pilotlarının dəbilqəsini təqdim etdi

"Formula-1" üzrə "Ferrari" komandası pilotlarının dəbilqələrini ictimaiyyətə təqdim edib. SİA xəbər verir ki, Kimi Raykkonen dəbilqəsinin dizaynında bir qədər dəyişikliklər etdirsə də qırmızı rəngə sadiq qalıb. Sebastyan Vettel isə dizaynda demək olar ki, dəyişiklik etməyib. O, yenə ağ dəbilqə ilə mübarizə aparacaq.

Hər iki sürücünün dəbilqəsinin istehsalçısı "Riva" şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə