“Xəzər kuboku-2016” beynəlxalq şahmat turniri başa çatıb

“Xəzər kuboku-2016” beynəlxalq şahmat turniri başa çatıb

İranda keçirilən "Xəzər kuboku-2016" beynəlxalq şahmat turniri başa çatıb. SİA-nın məlumatına görə, sonuncu turda Rusiya təmsilçisi Sergey Volkovla xalları yarı bölən Azər Mirzəyev 6 xalla 7-ci pillədə qərarlaşıb. Loğman Quliyev isə yerli şahmatçı Mohammad Akbari Gevardiyə məğlub olaraq 4 xalla turniri 47-ci yerdə başa vurub.

Turnirin qalibi adına isə 9 oyundan aktivinə 7 xal yazmağa nail olan iranlı Masoud Mosadeghpour layiq görülüb.

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Latviya, Litva, Ermənistan, Niderland, Türkiyə, ABŞ və Türkmənistandan 16-sı qrossmeyster olmaqla 76 şahmatçı iştirak edib. İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarışın "A" turnirində ölkəmizi Azər Mirzəyev və Loğman Quliyev təmsil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə