Bakıda futbol klublarının lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı başlayıb. SİA-nın məlumatına görə, UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssislərinin iştirak etdiyi seminarda "Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili", "FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi", "Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri" mövzuları müzakirə olunur. Seminarın ilk günü iştirakçılar Bakı Olimpiya Stadionunda olub, arena ilə bağlı ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, seminara bu gün yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB