"Beşiktaş" qələbə qazanıb

Türkiyə Superliqasının XVIII turundan təxirə salınmış bir oyun keçirilib. SİA-nın məlumatına görə, "Beşiktaş" öz meydanında "Mersin"lə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Görüşün 74-cü dəqiqəsində Sosanın vurduğu qol "Beşiktaş"a minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 48-ə yüksəldən "Beşiktaş" lider "Fənərbaxça"dan bir xal geri qalır. "Mersin" klubu isə 17 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə