2016-cı ildə Bakıda təşkil olunacaq futbol üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. SİA-nın məlumatına görə, fevralın 18-dən martın 4-dək paytaxtımızda baş tutacaq hazırlıq prosesinə "Neftçi" PFK-nın 6 futbolçusu dəvət olunub. Onlar Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB