Bu gün Avropa Liqasında fasilə başa çatıb. Qitənin ikinci dərəcəli klub turnirində 1/16 finalın oyunlarına start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilir. Türkiyə təmsilçisi "Fənərbaxça" evdə Moskva "Lokomotiv"ini qəbul edib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Fənrbaxça": Fabiano, Kjaer, Bruno Alves, Gökhan Gönül (k), Mehmet Topal, Souza, Ozan Tufan, Volkan Şen, Caner Erkin, van Persi, Nani
"Lokomotiv": Qilyerme Marinato, Peyçinoviç, Dyuriça, Denisov, Yanbaev, Kasaev, Manuel Fernandes, Aleksandr Səmədov (k), Tarasov, N'Dinga, Skuletiç
Qeyd edək ki, 1/16 finalın qalan oyunları fevralın 18-də keçiriləcək.
21:00. "Fənərbaxça" (Türkiyə) – "Lokomotiv" (Moskva, Rusiya) - 2:0
Qollar: Souza, 18 (1:0), 72 (2:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB