Güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaq

Güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaq

Fevralın 18-19-da Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək.

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında yarışa 8 güləşçimiz yollanacaq. Turnirdə Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə