Gənclər və idman naziri Azad Rəhimov fevralın 19-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayon sakinləri iştirak edəcəklər.
Saat 11.00-da başlanacaq qəbul Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti-57, RİH-in yaxınlığı) gerçəkləşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
|
1.İsmayıllı |
055-287-70-10; 050-453-22-33 |
|
2.Balakən |
055-722-12-15; 051-886-55-66 |
|
3.Oğuz |
050 (70)-394-94-04 |
|
4.Qax |
055 (77)-365-25-00 |
|
5.Qəbələ |
050-399-06-33 |
|
6.Şəki |
055-605-00-00 |
|
7.Zaqatala |
050 (70)-382-78-13 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB