Topaz Premyer Liqasında XXI turun oyunlarına start verilib. SİA-nın məlumatına görə, turun ilk matçında AZAL "İnter"lə qarşılaşıb.
"AZAL Arena"da keçirilən oyunu Elvin Əsgərov idarə edib. Ona Azər Əsgərov, Coşqun Həsənov və Ziya Nəsirov kömək edib.
AZAL-ın ilk 11-liyində Stanislav Namaşko, Rail Məlikov (k), Tural Hümbətov, Emin Cəfərquliyev, Kamil Hüseynov, Hacı Əhmədov, İlqar Ələkbərov, Murad Səttarlı, Mirzağa Hüseynpur, Kamal Mirzəyev və Aleksandr Quruli yer alıb. Komandanın ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Qvanzav Maqomedov, Məhəmməd Bədəlbəyli, Ruslan Nəsirli, Adan Koronado, İsmayıl İbrahimli və Nuqzar Kvirtiya baş məşqçi Tərlan Əhmədovun onlara verəcək şansı gözləyiblər.
"İnter"in start heyətində meydana Giorgi Lomaya (k), Denis Silva, Laşa Kasradze, Laşa Salukvadze, Nika Kvekveskiri, Nizami Hacıyev, Elnur Abdullayev, Vüqar Nadirov, İlkin Qırtımov, Sezar Meza Kolli və Abbas Hüseynov çıxıb. Komandanın ehtiyat oyunçular skamyasında Elşən Poladov, Sərtan Taşkın, Qara Qarayev, Ruslan Əmircanov, Yuri Fomenko, Fuad Bayramov və Elnur Süleymanov gözləyib.
Oyunu izləyənlər arasında milli komandanın baş məşqçisi Robert Prosineçki də olub.
Cari çempionatda uğurlu oyun sərgiləyən AZAL bu qarşılaşmada da əzmkarlıq göstərib. Öz meydanında rəqibinə şans verməyən "təyyarəçilər" qapılarını toxunulmaz saxlayıblar. Gərgin keçən oyun quru hesabla yekunlaşıb. Qonaq komandaya qarşı uğurlu taktika seçmiş Tərlan Əhmədovun yetirmələri gözəl oyunla daha 1 xal qazanıblar - 0:0. Bununla da, cari mövsümdə Şüvəlanda keçirdiyi qarşılaşmalarda məğlub olmayan AZAL uğurlu seriyasını davam etdirib.
Bu oyundan sonra AZAL xallarının sayını 26-ya çatdırıb. Komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, AZAL XXII turda səfərdə "Sumqayıt"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB