Millimiz Hollandiya yığması ilə qarşılaşacaq

Millimiz Hollandiya yığması ilə qarşılaşacaq

Bu gün Serbiyanın Belqrad şəhərində futzal üzrə DÇ-2016-nın play-off mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Hollandiya yığması ilə qarşılaşacaq.

Yığmamız ilk oyununu martın 22-də səfərdə, cavab oyununu isə aprelin 12-də evdə keçirəcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək və qalib adı uğrunda 24 komanda yarışacaq.

Play-off cütlükləri

Sloveniya – İspaniya

Slovakiya – Ukrayna

Polşa – Qazaxıstan

Serbiya - Portuqaliya

Belarus – Rusiya

Hollandiya – Azərbaycan

Macarıstan – İtaliya

Bütün xəbərlər Facebook səhifəmizdə