Vado-ryu karate-do üzrə Bakı şəhər açıq birinciliyi keçirilib FOTO
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "İnter" İdman Klubunda vado-ryu karate- do üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda Şəki, Ağdaş, Sumqayıt və paytaxt klubları, o cümlədən "Şotokan" İK, "Qasaraki" İK, "Fennix" İK, "Qafqaz" İK, "Neftçi" İKİB, "Sərhədçi" İK, "Fərasət" İK, "Azərikan-Bakı" İK, "Azərikan-Sumqayit" İK, "Xətai" İK, "Cəngavər" İK, "Qaraqaplan" İK-nı təmsil edən 257 nəfər idmançı 3 yaş qrupunda 8 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Nəticələrə görə Davud Tarıverdili, Anar Hüseynov, Əli Əlizadə, Mirzə Həmidbəyli, Nihad Zeynalov, Rəsul Abbasov, Fərid Cavadov, İbrahim İbrahimov I yerlərə layiq görülüblər.
Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB