İtaliyanın "Yuventus" futbol klubunun müdafiəçisi Corco Kellini aldığı zədəyə görə komandasının "Bavariya" ilə keçirəcəyi mühüm matçda iştirak etməyə bilər. Çünki futbolçu bu yaxınlarda keçirilmiş "Yuventus" – "Frosinone" qarşılaşmasında ciddi zədələnib. Otuz bir yaşlı C.Kellininin fevralın 13-də "Napoli" ilə keçiriləcək oyunda meydana çıxmayacağı artıq məlumdur. Ancaq fevralın 23-də Çempionlar Liqasının səkkizdəbir mərhələsində "Bavariya" ilə oyunda iştirakı hələlik sual altındadır.
C.Kellini cari mövsümdə "Yuventusun" heyətində 29 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB