Messi əməliyyat olundu

Argentina yığmasının və İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messi fevralın 9-da əməliyyat olunub. SİA-nın "Sport.es"ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı onun böyrəyindəki daşlar təmizlənib.

Futbolçu artıq xəstəxanadan buraxılıb. Onun bu həftə məşqlərə başlayacağı və növbəti turda "Selta" ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.

İspaniya çempionatının geridə qalmış 17 turu ərzində 28 yaşlı L. Messi 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə