Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yardılmasının 20 illlik yubileyi qeyd olunur. Rəsmi olaraq Paralimpiya Oyunlarının tarixi 1960-cı il Roma Olimpiadasından hesab olunur. 1996-cı il Atlanta Paralimpiya oyunlarından başlayaraq Azərbaycan paralimpiyaçıları ardıcıl olaraq bütün olimpiadalarda, Dünya və Avropa oyunlarında iştirak edirlər.
Fiziki cəhətdən çatışmamazlığı, qüsuru olan insanların idmanla məşğul olması cəmiyyət üçün çox önəmli məsələdir. Birincisi, bu insanlar cəmiyyətdən kənarda qalmırlar, onlar cəmiyyətə inteqrasiya olub onun ayrılmaz hissəsinə çevrilirlər. Bu insanlar öz iradələrini ortaya qoyaraq fiziki çatışmamazlıqlarına baxmayaraq həm öz sağlamlıqlarını möhkəmləndirmək, həm də cəmiyyətdə fəaliyyət göstərmək üçün böyük əzm nümayiş etdirirlər. Eyni zamanda bu insanlar müxtəlif beynəlxalq yarışlarda iştirak edərək Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edirlər. Ölkəmizin paralimpiaçılarının keçdiyi uğurlu nəticələrlə zəngin olan yol göstərir ki, Azərbaycan gəncləri, idmançıları böyük potensiala malikdirlər.
Ölkəmizdə digər idman növləri kimi paralimpiya oyunlarının inkişafı üçün hər bir şərait yaradılmışdır. Ümumimilli lider Heydər Əliyevin tapşırığına əsasən Paralimpiya İdman Kompleksi tikilmiş və 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə bu idman kompleksinin açılış mərasimi olmuşdur. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda Paralimpiya oyunlarının maddi texniki bazasının inkişaf etdirilməsi, paralimpiyaçıların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün böyük işlər görülmüşdür. Heydər Əliyev Fondunun bu tədbirlərin həyata keçrilməsində xüsusi rolu qeyd olunmalıdır.
Azərbayacanda Paralimpiya hətəkatı yarandığı vaxtdan etibarən bu hərəkatının inkişafında, təbliğində və yarışların təşkilində Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Neft şirkəti və Azərbaycan Paralimpiya Fedrasiyası yaxından iştirak etmişdir. Paralimpiyaçıların əldə etdikləri uğurlar daim dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubleyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven "Dostluq" orderi, bir nəfər 3 dərəcəli "Vətənə xidmətə görə" orderilə, 12 nəfər "Tərəqqi" medalı ilə, 20 nəfər isə "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşlar.
Azərbaycan Paralimpiyaçılarını bu yubley münasibətilə və layiq olduqları mükafatlara görə təbrik edir, möhkəm can sağlığı və yarışlarda uğurlar arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB