Martın 8-13-də Latviyanın Riqa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionata hazırlaşan qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Təlim-məşq toplantısında yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də iştirak edir.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıb.
Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq.
Daha sonra yığma komandanın üzvlərinin fevralın 13-14-də Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB