Nazir: "Azərbaycan yarışları keçirməkdən imtina etsə, cərimə ödəməlidir" AÇIQLAMA

Nazir: "Azərbaycan yarışları keçirməkdən imtina etsə, cərimə ödəməlidir" AÇIQLAMA

"10 illik müqavilə bağlanılıb. Müqaviləyə əsasən 5 il Azərbaycanda "Formula-1" üzrə Avropa Qran Pri yarışları keçirilməlidir". Bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, əgər Azərbaycan 5 il ərzində yarışları keçirməkdən imtina etsə, cərimə ödəməlidir: "Növbəti 5 ildə isə bu yarışları keçirib-keçirməyəcəyimizə qərar verə bilərik. Hazırda "Formula-1" Avropa Qran Prisinin büdcəsi 12 milyondur. Bu vəsait asfaltın dəyişdirilməsi, Azadlıq Meydanında 300 metr uzunluğu, 21 metr eni olan 2 mərtəbəli pit-stop binanın tikilməsi, 6 km trass boyu hasarların quraşdırlması, digər kommunikasiya işlərinə xərclənir. Büdcə tam şəkildə formalaşan kimi açıqlama veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə