"Başqa idman qurğularında da müxtəlif mərasimlər keçirilə bilər"

"Başqa idman qurğularında da müxtəlif mərasimlər keçirilə bilər"

"Tək Bakı Olimpiya Stadionunda deyil, başqa idman qurğularında, məsələn Bakı Atıcılıq Mərkəzində də müxtəlif mərasimlərin keçirilməsi üçün şərait var". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Madriddə "Santyaqo Bernabeu" stadionunda olanda müşahidə edib ki, oranın böyük hissəsi korperativ tədbirlər keçirmək üçün nəzərdə tutulub: "Bu tədbirlər əlavə pul qazanmaq imkanı yaradır ki, stadion günlük və aylıq xərclərini ödəyə bilsin".

A. Rəhimov söyləyib ki, AFFA tərəfindən idman federasiyalarının Bakı Olimpiya Stadionunda yerləşdirilməsi ideyası irəli sürülmüşdü: "Ancaq federasiyaları orada yerləşdirmək üçün o qədər də şərait yoxdur. Federasiyalar xüsusi otaqlar tələb edir. Bu otaqların bölgüsü, açıq sahənin otaqlara çevrilməsi böyük maliyyə tələb edir. Ona görə hələ ki, federasiyaların ora köçmək fikri yoxdur".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə