""Zika" virusu Braziliya yay olimpiya oyunlarında Azərbaycan millisi üçün problem yaratmayacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, kişi yığma komandamızın üzvləri üçün heç bir problem yoxdur: "Əsasən qadın və gələcəkdə ana olacaq atletlərə xüsusi təlimatlar veriləcək. Onlar virusa qarşı sprey ilə təmin olunacaqlar. Həmçinin atletlərə uzunqol köynək geyilməsi və şortlardan imtina edilməsi tövsiyə olunub. Ümumiyyətlə, qadın atletlərimiz Braziliyada ciddi mühafizə olunacaq".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB