Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Azərbaycan-Bolqarstan Parlamentlərarası Dostluq Qrpunun sədri Rauf Əliyev Azərbaycanın Bolqarstanda yeni təyin olunmuş səfiri Nərgiz Qurbanova ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Bolqarstan arasındakı mövcud əlaqələrin vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edir.
Görüşdə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarstana səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalndığı və məhz bu Bəyannamə ilə münasibətlərin yeni səviyyəyə yüksəldiyi vurğulanıb. Daha sonra Azərbaycanla Bolqarstan arasında energetika, kənd təsərrüfatı, yüngül sənaye, turizim, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potesialın olduğu qeyd edilib.
Yeni təyin olunmuş səfir N.Qurbanova bildirib ki, səfirlik öz fəaliyyətində bu potesialdan istifadə edərək iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işləri daha da gücləndirəcək.
R.Əliyev ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb, bu münasibətlərin Azərbaycan-Bolqarstan əməkdaşlığının inkişafına müsbət təsir edəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB