Futzal üzrə AÇ-nin final mərhələsində keçirilmiş Azərbaycan - Çexiya oyunundan sonra millimizin baş məşqçisi Tino Perez qarşılama haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, matçın ağır keçdiyini qeyd edib: "Ağır oyun oldu. Xüsusilə birinci hissədə çox çətinlik çəkdik. Lakin müsbət məqam o idi ki, hesabda öndə olan tərəf biz idik. Yəni hesabı bərabərləşdirmək barədə biz yox, rəqib komanda düşünməli olurdu. Düşünürəm ki, ilk qarşılaşma ilə müqayisədə daha yaxşı oynadıq. Rəqibimizdən çox qol vurmağı bacardıq və qələbə qazandıq".
Xatırladaq ki, millimiz oyunda 6:5 hesablı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB