Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi taekvondo üzrə yeniyetmələr arasında daxili birincilik keçirilib. Yarışda 40-dan çox idmançı 7 çəki dərəcəsində mübarizə aparıb.
Birinciliyin açılış mərasimində çıxış edən muxtar respublikanın Gənclər və İdman Nazirliyi Aparatının kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev idmançılara birinciliyin keçirilmə qaydaları haqqında məlumat verib və onlara uğur arzulayıblar.
Yarışda Amal Heydərli, Rəşid Zülfüqarov, İntiqam Məmmədov, Ülvi Nəcəfov, Ramil Salayev, Ülvi Kazımlı və Kərim İsmayılov müvafiq çəki dərəcələrində rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda qalib idmançılara diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB