Fevralın 5-7-də Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcək.
Turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığma komandanın 14 üzvü mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Cahid Həsənzadə (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Pərviz Axundov, Həmzət Osmanov (hamısı 86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, fevralın 5-də 57 və 70 kq, 6-da 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB