Şahmat birinciliyində 16 komanda iştirak edib

Şahmat birinciliyində 16 komanda iştirak edib

Naxçıvan şəhər Şahmat Mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə şahmat üzrə şəhər birinciliyi keçirilib. Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Yarış başlamazdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Gənclər Günü haqqında idmançılara ətraflı məlumat verib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev və yarışın baş hakimi Emin Hacıyev çıxış edərək, yarışın qaydaları haqqında məlumat veriblər. Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən birincilikdə 16 komanda üzrə 96 şahmatçı iştirak edib. Yarışın seçmə turu Olimpiya sistemi üzrə keçirilib, qalib gələn 8 komanda isə dairəvi sistem üzrə mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən, Naxçıvan şəhər 17 saylı tam orta məktəbin komandası I yerə, 10 saylı tam orta məktəbin komandası II yerə, 14 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qaliblər Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə