Millinin oyunları canlı yayımlanacaq

Millinin oyunları canlı yayımlanacaq

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi oyunlar CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. SİA-nın məlumatına görə, AÇ-nin final mərhələsinin D qrupunda millimiz fevralın 3-də İtaliya, fevralın 5-də isə Çexiya yığması ilə qarşılaşacaq. Serbiyanın Belqrad şəhərində keçiriləcək hər iki oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə