Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubunun Çempionlar Liqası yarışlarının play-off mərhələsindəki oyununun vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi fevralın 10-da Azərbaycan Voleybol Mərkəzində İsveçrənin "Volero" komandası ilə qarşılaşacaq. Oyunu yunanıstanlı baş hakim Konstantinos Voudouris idarə edəcək. İkinci hakim funksiyasını almaniyalı Ralf Barnstrof yerinə yetirəcək.
Komandalar arasında cavab oyunu isə fevralın 25-də Sürixdəki "Saalsporthalle" Arenada təşkil olunacaq.
Qeyd edək ki, "Volero"nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB