Formula 1-in 30 milyon dollarlıq binası

Formula 1-in 30 milyon dollarlıq binası

"Formula 1 yarışlarına hazırlıqla bağlı bütün işlər qaydasında gedir. Yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problemin yaradılmamasına çalışırıq". SİA-nın xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, şəhərdə 6 km məsafədə yolun dəyişdirilməsi işləri həyata keçirilməsinə baxmayaraq, bu iş böyük tıxac yaratmayıb.

Pikstop binası ilə bağlı açıqlama verən nazir onun sifariş olunduğunu deyib: "Hazırda Pikstop binası sifariş olunub. 300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadlıq meydanında quraşdırılacaq".

Formula 1-in büdcəsinə toxunan nazir əlavə edib ki, yarışın büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pikstop binası üçün isə 30 milyon dollar sərf olunacaq".

Tofiq Abdulla

Bütün xəbərlər Facebook səhifəmizdə