"Azərbaycan Respublikasında hüquq və azadlıqların müdafiəsinin səmərəliliyinin artılması sahəsində birgə fəaliyyət proqramı qəbul olunub. Həmin proqramda diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi məsələsi yer alır. Düşünürəm ki, biz də Milli Məclisdə buna önəm verməliyik". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, proqramda nəzərdə tutulur ki, jurunalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir: "Mediada təhqir və böhtan xarakterli bir sıra yazılar gedir. Əlbəttə narahatlıq başadüşüləndir. Ancaq o demək deyil ki, "Diffamasiya haqqında" qanun qəbul olunarkən onlar məsuliyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq, Mətbuat Şurası "Diffamasiya haqqında" qanunla bağlı təkliflər hazırlayıb. Təkliflər Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunub".
Ə. Amaşov bildirib ki, devalvasiya KİV arasında ciddi problemlər yaradıb: "Ölkəyə gətirilən qəzet kağızının qiyməti təqribən 100 faizdən çox artıb. Üstəlik gətirilən qəzet kağızları və hazır çap məhsullarına ƏDV yanvarın 1 dən bərpa olunub. Problemi aradan qaldırmaq üçün ƏDV-nin ləğvini gündəmə gətirsək, yaxşı olar".
Millət vəkili qeyd edib ki, "İnformasiya təhlükəsizliyi haqqında" qanun olsa, həm ölkə daxilində, həm də xaricdə bizə aid olan informasiya məkanını yetərincə qoruya bilərik: "Belə bir qanunun hazırlanması payız sessiyasına düşsə, xalqımız üçün daha əhəmiyyətli olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB