Cüdoçularımız iki medal qazanıb

Cüdoçularımız iki medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışları davam edir. Beynəlxalq turnirdə dünyanın 58 ölkəsi ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparır. Artıq cüdoçularımız Avropa kuboku yarışlarının ilk günündə iki medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Elbrus Zamanov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin Babazadə (66 kq) isə bürünc medala sahib olub.

Bolqarıstandakı Avropa kuboku Azərbaycan idmanı üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, beynəlxalq dərəcəli hakimimiz Elmar Babanlı da yarışın hakimləri arasındadır. E.Babanlı artıq bir neçə görüşü yüksək səviyyədə idarə edib.

Qeyd edək ki, E.Babanlı həm də Azərbaycan Cüdo Federasiyasının baş katibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə