Namiq Ələsgərov “Kəpəz”ə keçidindən danışdı

Namiq Ələsgərov “Kəpəz”ə keçidindən danışdı

Qış fasiləsi müddətində "Kəpəz"ə keçən Namiq Ələsgərov U-21 yığması ilə Türkiyə turnirdən qayıtdan sonra yenidən komandaya qoşulub. SİA-nın məlumatına görə, yarımmüdafiəçi dünən "sarı-göylər"in heyətində Gəncədə ilk dəfə məşqə çıxıb. Mətbuat və azarkeşlər üçün açıq keçən məşqdən sonra N.Ələsgərov klubun rəsmi saytına fikirlərini bildirib: "Xeyli müddət zədəli oldum və oynaya bilmədim. Bərpa olunduqdan sonra "Kəpəz"dən təklif gəldi. Gəncə klubunda oynamağa razılaşdım. Komandanın böyük tarixi, titulları var. İndi də çempionatda yaxşı çıxış edir. Çalışacağam ki, bu keçiddən həm "Kəpəz" qazansın, həm də mən".

Bütün xəbərlər Facebook səhifəmizdə