Qış transfer faliyyətini başa çatdıran AZAL iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. SİA-nın məlumatına görə, Hacı Əhmədov ("Zirə"), Mirzaga Hüseynpur ("Sumqayıt"), Adan Koronado (Rehden, Almaniya), Eltun Hüseynov ("Zirə") və Ziyabıl Məmmədovu ("Kəpəz") heyətinə qatan komanda bununla da seleksiya işlərini yekunlaşdırıb. Adıçəkilən bütün futbolçuların lisenziyaları alınıb və onların "Qarabag"la oyunda meydançaya çıxmasında heç bir problem yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB