"Neftçi" PFK-nın veteran futbolçusu, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun 60 yaşı tamam olub. SİA-nın məlumatına görə, veteran futbolçunun yubiley mərasimində "Neftçi" PFK-nın rəhbərliyi, klubun digər rəsmiləri və futbol ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Yubilyarı "Neftçi" PFK adından Müşahidə Şurasının sədri Çingiz Abdullayev təbrik edib.
Qeyd edək ki, Şakir Qəribov 1978-1984 və 1987-1988-ci illərdə "Neftçi"nin heyətində çıxış edib. Ümumilikdə 219 oyunda meydana çıxmış müdafiəçi 8 qolun müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB