21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirinin qalibi olub. SİA-nın məlumatına görə, yığmamız bu gün turnirdə son oyununu keçirib. Bəhreynin U-20 komandası ilə qarşılaşan futbolçularımız 4:0 hesabı ilə qalib gəlib. Qolları Taşkın İlter, Elnur Cəfərov, Ruslan Nəsirli və Abbas Hüseynov vurub.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Ukraynanın U-21 komandasını 2:1, ikinci qarşılaşmada Səudiyyə Ərəbistanının U-20 komandasını 3:0, üçüncü görüşdə isə Albaniyanın U-21 yığmasını 4:0 hesabı ilə məğlub etmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB